Yuxarı

“Erməni lobbisinin himayə etdiyi bu qadının…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Erməni lobbisinin himayə etdiyi bu qadının…”

"Nagahan Alçı məsələsini yenidən qaldıracağam".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. Millət vəkili Ermənistan məsələsində ikili standartlardan çıxış edən jurnalist Nagahan Alçının Azərbaycan tərəfindən istənilməyən adam kimi tanınmasına çalışacağını bildirib:

"Türkiyə demokratik ölkədir və istənilən erməni öz azlıq haqlarını istəyə, təbliğ edə bilər. Hətta erməni əsilli Türkiyə vətəndaşı olan baş nazirin sözçüsü Mahçupyanı da müdafiə edə bilər. Qəribədir ki, Nagahan Alçı guya AKP-ni müdafiə edən siyasət yürüdür və proqram aparıcısıdır. Bütün proqramlarda iştirakına yaşıl işıq yandırılıb. Ərdoğan Ermənistan Prezidenti Sərkisyanı Çanaqqalada ildönüm tədbirinə dəvət edir. Sərkisyan isə müsahibəsində bunu "ədəbsiz təklif" adlandırır. Yaşar Okuyan adlı bir partiya lideri də Sərkisyanın Türkiyə prezidentini təhqir edən cavabını təkrarlayır. AKP tərəfdarı olan jurnalist Nagahan Alçı isə Yaşar Okuyanı irqçilikdə günahlandırır. Yəni Nagahan Alçı guya Türkiyə prezidentinin mövqeyini dəstəkləyir, ancaq iş Ermənistana gələndə isə Sərkisyanın tərbiyəsizliyinə haqq qazandırır. Həm də bunu birbaşa AKP-yə ən yaxın kanalda dilə gətirir. Əgər Azərbaycanın Türkiyədəki səfirliyi bu adamın adını siyahıdan çıxarıbsa, ən sərt şəkildə bu məsələnin üzərinə gedəcəyəm və erməni lobbisinin himayə etdiyi bu qadının ən azı Azərbaycan tərəfindən istənilməyən adam kimi tanınmasına çalışacağam".

Tarix
2015.02.05 / 11:43
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla