Yuxarı

General Lamiyə işindən sərt danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
General Lamiyə işindən sərt danışdı

Lamiyə Quliyeva artıq gündəmin baş personajına çevrilib. Axar.az xəbər verir ki, onun həbsdə doğması ilə bağlı saatbasaat rəylər, açıqlamalar gəlməkdədir.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev bu mövzuda ötən həftə açıqlama versə də, yenidən "Azvision.az"da geniş müsahibəsi çıxıb.

Nazir müavini qeyd edib ki, yazılanlarla bağlı açıqlama versə, müdafiə kimi qəbul edilə bilər:

"Guya mən özümü, Xidməti və ya kimisə müdafiə edirmişəm kimi qəbul edilə bilər. Bu, mənim xasiyyətimə və həyat tərzimə ziddir.

Heç vaxt müdafiədə olmuram. Mən öz xidməti işimi görürəm. Bu xəbərlər yazılmalıdır. Demokratik bir cəmiyyətdə yaşayırıq. Kimsə bu cəmiyyətdə öz fikirlərini bildirirsə, burada xətrə dəyəsi nə var ki? Burada narahatedici bir məsələ görmürəm. Cəmiyyətimiz inkişaf edir".

General qeyd edib ki, Lamiyə işində hər şey aydınlaşacaq:

"Bizim Xidmətə qarşı heç bir irad bildirilməyəcək. Bunu hər kəs görəcək. Allaha şükür ki, artıq Baş Prokurorluq bu məsələ ilə məşğul olur. Biz biləndə ki, Lamiyə hamilədir, ona kömək elədik ki, uşağını rahat şəkildə dünyaya gətirsin. Onun üçün bütün şəraiti yaratdıq. Bu adi bir haldır. Belə şeylər ola bilir. Onun uşağının atası da müəyyən olunacaq. Hamı onu tanıyacaq".

M.Quliyev uşağın atası tapılmayana qədər məsuliyyəti onun daşıdığı barədə yazılanlara belə cavab verib:

"Heç belə bir şeyi yazmaq və düşünmək olar? Belə yazı yazmaq olar? Kim nə yazır-yazsın. Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan adamlar var. Onlar müharibə şəraitində də satılırdılar. Onlar respublikanın xoş gününü istəməyən adamlardır".

Tarix
2015.02.05 / 12:42
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla