Yuxarı

Şamaxı sakini Prezidentin evinə qonaq gəlməsindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin fevral ayında baş verən zəlzələdən sonra Prezident İlham Əliyevin tapşırığına və sərəncamlarına uyğun olaraq, Şamaxı, Ağsu və İsmayıllıda yararsız vəziyyətə düşən evlərin yerində yüzlərlə fərdi yaşayış evi, iki yaşayış binası tikilərək sakinlərin istifadəsinə verilib.

Axar.az xəbər verir ki, Şamaxı rayon sakini, 75 yaşlı Xuraman Həsənovanın fərdi yaşayış evi də zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü. Mənzil yaşamaq üçün yararsız olduğundan dövlət başçısının tapşırığı ilə Xuraman nənəyə də dördmərtəbəli yaşayış binasından bütün əşyaları ilə təmin olunan üçotaqlı mənzil verilib.

Dekabrın 5-də Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub, Xuraman Həsənovanın evinə baş çəkib, ailə üzvləri ilə süfrə arxasında söhbət edib.

Xuraman nənə bildirib ki, dövlət başçısının onlara qonaq gəlməsi onun üçün gözlənilməz olub:

"Düzünü desəm, gözləmirdim, mənim üçün unudulmaz bir an oldu. Prezidentimizin evimizə gələrək mənzilin açarlarını bizə təqdim etməsi ailəmiz üçün ən böyük hədiyyədir. Çox sevindik, uçmağa qanadımız olmadı. Mənim 75 yaşım var, indiyədək Prezidentimizi yalnız televizorda görmüşdüm. Amma onunla görüşməyi, özü də evimdə... Sevincimizi ifadə etməyə söz tapanmıram”.

Xuraman nənənin oğlu Fərdar Həsənov deyir ki, Şamaxıdakı zəlzələdən sonra dövlət başçısı tərəfindən sakinlərə göstərilən diqqət və qayğı hər bir şamaxılının ürəyincə olub.

"Zəlzələ baş verəndən sonra Prezidentimiz bir neçə dəfə Şamaxıya gəlib. Qəzalı evlərin yenidən tikilməsi üçün tapşırıq verib, vəsait ayırıb. Bunun nəticəsində yeni evlər tikilərək sakinlərə verildi. Allah onun canını sağ eləsin”, - deyə Fərdar Həsənov bildirir.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Həsən Qasımzadənin verdiyi məlumata görə, rayon üzrə 580 fərdi ev, 44, 20 və 110 mənzildən ibarət çoxmərtəbəli üç bina tikilib. Bundan başqa, 1175 evdə bərpa işləri görülüb. Yalnız Şamaxıda deyil, zəlzələdən ziyan görmüş Ağsu və İsmayıllı rayonlarında da yeni evlər tikilir, həmçinin bərpa işləri aparılır.

Xatırladaq ki, bu il fevralın əvvəlində Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə güclü zəlzələ olub. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Dağıntılar əsasən Şamaxı və Ağsu rayonlarında baş verib.

Tarix
2019.12.07 / 21:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla