Yuxarı

Prezidentin ləğv etdiyi komitədə ixtisar başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində çalışan bəzi işçilər ixtisar ediləcək.

Bu barədə Axar.az-a komitədə çalışan işçilər məlumat verib. Onların sözlərinə görə, işçilərin bir qismi aidiyyəti üzrə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, bir qismi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndəriləcək. Artıq bununla bağlı bəzi yerləşdirmələr də həyata keçirilib.

Lakin komitədə çalışan bəzi işçilərin ixtisar ediləcəyi də bildirilir.

Məsələ ilə bağlı rəsmi münasibət öyrənmək üçün komitəylə əlaqə saxladıq. Gün boyu açıqlama veriləcəyi bildirilsə də, sonda heç bir cavab ala bilmədik.

Qeyd edək ki, Prezident İlham Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Ləğv edilən komitənin səlahiyyətlərinin bir qismi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, bir qismi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.

Tarix
2015.02.07 / 08:00
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla