Yuxarı

İrəvanın Qarabağda aktivləşməsinin müdhiş sirri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan artıq həm hərbi, həm iqtisadi, həm də siyasi sahədə dalana dirənib".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Ermənistanın daxili problemlərdən diqqəti yayındırmaqdan ötrü cəbhədə gərginliyi artırdığını bildirib:

"Cəbhədə gərginlik ilk növbədə Ermənistanın daxilindəki vəziyyətlə bağlıdır. Ermənistanda yeddi nəfərlik ailənin bir rus əsgəri tərəfindən öldürülməsi ölkəni bütünlüklə qarışdırdı. Ölkə ərazisində mitinqlər bu gün də davam edir. Bunların hamısının da şüarı "Sərkisyan get evinə, yəni qayıt Qarabağa"dır. Burada yerli və gəlmə məsələləri çox ciddi şəkildə qoyulub. Daha dəqiq desək, Qarabağ erməniləri ilə Ermənistandakı ermənilər arasında çox ciddi qarşıdurma var. Sərkisyan Rusiya tərəfindən müdafiə edilir. O da ölkədə olan problemlərdən diqqəti yayındırmaqdan ötrü cəbhəni aktivləşdirir. İrəvanın problemlərinin özü də elə Rusiyadan doğur. Rusiya iqtisadiyyatında baş verən titrəmələr birbaşa özünü Ermənistan iqtisadiyyatında göstərir. Bundan narazı olan əhali isə ayağa qalxır. Qalxan əhalinin diqqətini yayındırmaqdan ötrü bunlar daim cəbhədə atəşkəsi pozurlar. Şükürlər olsun ki, bu toqquşmalarda daha çox qarşı tərəf itirir və bu itkilərinin sayı artdıqca daha da vəhşiləşirlər".

Politoloq Bakının artıq Minsk Qrupunun formatının dəyişdirilməsini istədiyini söyləyib:

"İkinci bir səbəb danışıqlar prosesinin yenilənməsinə ehtiyacdır. Danışıqlar prosesi dalana dirənib. Azərbaycan bu prosesə yeni yanaşma tərzi nümayiş etdirir. Bakı bildirir ki, danışıqlar xətrinə danışmağa getməyin mənası yoxdur. Minsk Qrupuna da münasibət birmənalı deyil. Azərbaycanın fikrincə, artıq Minsk Qrupunun gücü tükənib. 25 ilə yaxındır ki, bu qrup işləyir, amma prosesi bir qarış da irəlilədə bilməyib. Bu nöqteyi-nəzərdən Azərbaycan Minsk Qrupunun formatının dəyişdirilməsini onun tərkibinə yeni üzvlərin qatılmasını istəyir. Bunlar sırasında Avropa Birliyinin nümayəndəsi kimi Almaniyanın, müsəlman birliyinin nümayəndəsi kimi Türkiyənin namizədliyi irəli sürülür. Bununla da həmsədrlərin sayının beşə çatdırılması təklif edilir. İrəvan isə Bakının mövqeyi ilə razılaşmır. İlham Əliyev Almaniyanın burada iştirak etməsində heç bir problemin olmadığını bildirib. Üstəlik, Ankara da proseslə bağlı öz fikrini dəfələrlə səsləndirib".

Q. Hüseynli Ermənistandakı siyasi rəhbərlikdə ciddi intriqaların olduğunu qeyd edib:

"Azərbaycanın diplomatik aktivliyi artıq İrəvanı çarəsiz qoyub və bu da sonda yenə öz nəticəsini cəbhədə əks etdirir. Ermənistan artıq həm hərbi, həm iqtisadi, həm də siyasi sahədə dalana dirənib. Üstəlik, son dövrlər mətbuatda belə bir fikir yayıldı ki, Türkiyə-Azərbaycan-Rusiya üçlüyü yaranır və onlar İrəvanı küncə sıxa bilər. Düzdür, mən bu məsələnin belə olduğu qənaətində deyiləm. Bu, jurnalist təxəyyülünün məhsulu da ola bilər. Amma hər halda belə məsələlərin mediada geniş yer tapması İrəvanı qəzəbləndirir. Bir sözlə, proseslər çox qəribə bir ssenaridə davam edir. Bu proseslərin hər birində Ermənistanın kənarda qaldığı və siyasi rəhbərlikdə ciddi intriqaların olduğunu üzə çıxardı. Bu isə Moskvanı qane etmir".

Tarix
2015.02.07 / 09:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla