Yuxarı

Nazirlik: “Zərbələrimiz erməniləri o qədər sarsıdıb ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik: “Zərbələrimiz erməniləri o qədər sarsıdıb ki...”

"Müharibə indi deyil, Ermənistanın Azərbaycana təcavüzü başlayan gündən, yəni 20 ildən artıqdır ki, gedir".

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik müharibənin başa çatmasının yeganə yolunun Ermənistan silahlı qüvvələrinin işğal edilən Azərbaycan ərazilərindən çıxarılması olduğunu bildirib:

"Son dövrlərdə Silahlı Qüvvələrimiz tərəfindən cəbhədə işğalçılara vurulan zərbələr onları o qədər sarsıdıb ki, artıq müharibənin getməsini, itkilərinin olmasını etiraf edərək və daha artıq mövqelərinin əldən getməsi təhlükəsini anlayıblar. Müharibə indi deyil, Ermənistanın Azərbaycana təcavüzü başlayan gündən, yəni 20 ildən artıqdır ki, gedir. Bu müharibənin sona çatmasının yeganə yolu - beynəlxalq hüququn normaları və prinsiplərinə riayət etməklə, erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır".

Qeyd edək ki, dünən Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçrun Ovannisyan hazırda cəbhədə o qədər də şiddətli olmayan müharibə getdiyi barədə açıqlama yaymışdı. O, cəbhədə gərginliyin qarşısının alınmayacağı təqdirdə bunun Ermənistan üçün təkcə insan itkiləri yox, həm də mövqe itkiləri ilə müşahidə olunacağını bildirmişdi.

Tarix
2015.02.07 / 11:57
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla