Yuxarı

Fransa dövlət katibi Bakıya gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa dövlət katibi Bakıya gəlir

Azərbaycan və Fransa iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Danışıqlar Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi yanında xarici ticarət, turizimin inkişafı və xaricdə Fransa vətəndaşlarının işi üzrə dövlət katibi Matias Feklanın Bakıya səfəri zamanı aparılacaq. Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

Onun sözlərinə görə, M.Fekla fevralın 19-da Bakıya gələcək. Diplomat qeyd edib ki, səfər zamanı dövlət katibi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, energetika naziri Natiq Əliyev, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və bir sıra qurum rəhbərləri ilə görüşlər keçirəcək.

Səfir əlavə edib ki, Azərbaycan-Fransa Hökumətlərarası Komissiyanın növbəti iclasının bu ilin payızında Parisdə keçirilməsi gözlənilir.

Tarix
2015.02.07 / 20:35
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla