Yuxarı

Fuad Muradov Münhendən xəbər verir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fuad Muradov Münhendən xəbər verir

"Bu gün Azərbaycanın regionda separatizmə qarşı tədbirlərini daha da gücləndirməsi geosiyasi baxımdan olduqca çox önəmlidir".

Bu barədə Almaniyanın Münhen şəhərində hazırda da davam edən Təhlükəsizlik Konfransından Axar.az-a ekskluziv açıqlamasında millət vəkili Fuad Muradov məlumat verib.

Millət vəkili konfrans çərçivəsində Dağlıq Qarabağ probleminin həllini önə sürdüyünü və bu istiqamətdə bir sıra məsələlərlə bağlı suallara aydınlıq gətirilməsini xüsusilə vurğuladığını bildirib:

"Almaniyanın Münhen şəhərində 51-ci Təhlükəsizlik Konfransı çərçivəsində bir çox önəmli görüşlərimiz olub. Xüsusilə də Avstraliyanın keçmiş Baş naziri Kevin Rudd ilə keçirilən görüşdə çox ciddi məsələlərə toxunduq və çox ciddi müzakirələrimiz oldu. Baş nazirlə müzakirələrimiz zamanı Azərbaycan torpaqlarının işğal altında olmasını bir daha vurğuladım. Xüsusilə də Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı bir sıra suallara aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırdım. Ən əsası isə regionumuzda separatizmin önlənməsinin Azərbaycan üçün çox vacib olduğunu bildirərək bunun qarşısının alınması ilə bağlı qarşı tərəfin təkliflərini soruşdum. Konfrans hazırda davam edir".

Tarix
2015.02.07 / 20:50
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla