Yuxarı

İlham Əliyev qırğız nazirlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev qırğız nazirlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Qırğız Respublikasının Müdafiə naziri Abibilla Kudayberdiyevi qəbul edib.

AzərTAc xəbər verir ki, Müdafiə naziri Abibilla Kudayberdiyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, ölkələrimizin müdafiə və müdafiə sənayesi, o cümlədən hərbi təhsil sahələrində əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı İlham Əliyev Prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qırğız Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Tarix
2015.02.10 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla