Yuxarı

İlham Əliyev Həsən Ruhaniyə məktub göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Həsən Ruhaniyə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Ruhaniyə məktub göndərib.

Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

"İran İslam Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Tarixən dostluq, mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri və ənənələri bölüşən qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bu gün ikitərəfli münasibətlərimiz bütün sahələrdə yüksələn xətlə inkişaf etməkdədir.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi üçün bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Tarix
2015.02.10 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla