Yuxarı

Dvorkoviç: “Rusiya Azərbaycanla birgə fond yaradır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dvorkoviç: “Rusiya Azərbaycanla birgə fond yaradır”

Rusiya Azərbaycanla energetika sahəsində qarşılıqlı fəaliyyətə dair razılaşma imzalanması işini sürətləndirir.

Axar.az Ria.ru-ya istinadla bildirir ki, bu barədə Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç məlumat verib. Bakıya işgüzar səfəri çərçivəsində Dvorkoviç Azərbaycanın Energetika naziri Natiq Əliyevlə danışıqlar aparıb. Baş nazirin müavini bildirib ki, Azərbaycan və Rusiya hökumətləri bir neçə sənədin imzalanmasını müzakirə edirlər.

Söhbət 2020-ci ilədək investisiyalar sahəsində əməkdaşlıq planından, o cümlədən iki ölkənin energetika sisteminin sinxronizasiyası üzrə razılaşmadan, Rusiya fondu ilə Azərbaycan Dövlət Neft Fondu arasında investisiya fondunun yaradılmasından gedir.

"Bu razılaşma ticarət-investisiya sahəsində iqtisadi layihələr üçün əsasdır. Mən Moskvaya qayıdanda işlərin sürətləndirilməsi üçün zəruri göstərişləri verəcəm", – deyə Baş nazirin müavini bildirib.

Tarix
2015.02.11 / 01:27
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla