Yuxarı

Trofimçuk: “Bakıya o zaman təzyiq olacaq ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trofimçuk: “Bakıya o zaman təzyiq olacaq ki...”

"Avropa Şurasında Ukraynanın ərazi bütövlüyü səsverməyə qoyulsaydı, o zaman Bakı Moskvanın yanında olmazdı".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.

O, Bakıya bu məsələyə görə təzyiqlərin olmayacağını bildirib:

"Azərbaycanın Avropa Şurasının səsverməsində Rusiyanın lehinə mövqe ortaya qoyması Qərbə təzyiqlər üçün imkan verməyəcək. Üstəlik, həmin vədə Azərbaycanın səsi həlledici xarakter daşımırdı. Azərbaycan Rusiyanı dəstəkləməyi vacib hesab edirdi. Belə ki, məsələ birbaşa olaraq Ukraynanın ərazi bütövlüyünə aid edilmirdi və əgər bu məsələ olsaydı, sözsüz ki, Bakı Moskvanın yanında olmazdı. Burada Rusiyanı böyük çoxluqla dəstəkləyən Türkiyə nümayəndələrinin mövqeyini də diqqətə almaq lazımdır. Vaşinqton, əlbəttə ki, Bakının digər çağırışlarını diqqətlə izləyir və qeydə alır. Bura xüsusilə Ukrayna hadisələri ucbatından Qərbin qara siyahısına düşmüş şəxslərin dövlət səviyyəsində yüksək qəbul edilməsi aiddir. Bakıya təzyiq Avropa Birliyi və ABŞ-ın Rusiya məsələsi arasında fikir ayrılıqları ucbatından yaxın müddətdə buna bənzər yeni səsvermələr seriyası olan zaman nümayiş etdirilə bilər. Bu zaman düşünmək lazımdır ki, Azərbaycan Avropanın mərkəzində yox, ondan kənarda, faktiki olaraq Asiyada yerləşir".

Tarix
2015.02.11 / 11:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla