Yuxarı

İlham Əliyev Aİ səfirinin etimadnaməsini qəbul edib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Aİ səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mardın etimadnaməsini qəbul edib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard fəxri qarovul dəstəsinin qarşısından keçib.

Xanım Malena Mard etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib. Əməkdaşlığımızın səviyyəsinin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Ölkəmiz ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların araşdırılmasının önəmini qeyd edən dövlətimizin başçısı xanım Malena Mardın Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin daha da fəallaşacağına əminliyini bildirib.

Səfir Malena Mard Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edib. Dekabrın 17-də Bakıda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimi ilə bağlı keçiriləcək tədbirin əhəmiyyətini vurğulayan Malena Mard ölkəmiz ilə təmsil etdiyi qurum arasında güclü əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyib.

Tarix
2013.12.16 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla