Yuxarı

Oqtay Əsədov lixtenşteynli həmkarını Bakıya dəvət etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oqtay Əsədov lixtenşteynli həmkarını Bakıya dəvət etdi - Foto

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı Vaduts şəhərinə işgüzar səfəri çərçivəsində Lixtenşteyn Knyazlığının Parlamentinin sədri ilə görüşüb.

Axar.az Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 11 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı Vaduts şəhərinə işgüzar səfəri çərçivəsində Lixtenşteyn Knyazlığının Parlamentinin sədri Albert Frik ilə görüşüb.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun salamlarını çatdıran səfir onun tərəfindən lixtenşteynli həmkarına ünvanlanmış rəsmi səfərə dair dəvət məktubunu A.Frikə təqdim etdi. Səfir Ə.Zeynallı Azərbaycanın Lixtenşteynlə əlaqələrə əhəmiyyət verdiyini qeyd edərək, Lixtenşteyn parlamentinin sədrinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.

Lixtenşteyn Knyazlığının da Azərbaycan ilə əlaqələrini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdıran A.Frik dəvətə görə təşəkkür etmiş və dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini bildirib.

Görüş zamanı Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə, o cümlədən regionda baş verən son proseslərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Tarix
2015.02.12 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla