Yuxarı

“Təəssüf ki, Qərb Reyqanın məsləhətini unutdu”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Təəssüf ki, Qərb Reyqanın məsləhətini unutdu”

"Separatçıların real idarə etdiyi ərazilər Ukraynanın yalnız 3 faizini təşkil edir. Rusiyanın təsiri isə bu üç faizdədir".

Bu sözləri Axar.az-a açıqlamasında ekspert Azər Qasımlı deyib.

Onun sözlərinə görə, geosiyasi oyunda Rusiya Ukraynanı Qərbə uduzub:

"Yaxın 2-3 il ərzində Rusiyada heç bir iqtisadi artım olmayacaq. Ukrayna hadisələrindən dolayı ölkə hazırda təcrid olunmuş durumdadır. İndi onun heç bir ciddi müttəfiqi yoxdur. Vaxtilə Rusiya ilə çox yaxşı münasibətdə olan Vyetnam, Kuba kimi ölkələr bu gün ABŞ və Qərblə yaxın olmağın yollarını axtarırlar. Qərb Ukrayna məsələsində çox önəmli və ciddi bir səhvə yol verdi. Söhbət ondan gedir ki, Ukrayna hadisələri başlayanda Rusiyanın Krımı işğal etmə və separatçılara dəstək ehtimalı gün kimi aydın idi. Qərb bunu çox gözəl başa düşürdü. Əfsus ki, Qərbdən Ukraynaya böyük bir dəstək verilmədi. Söhbət burada mənəvi dəstəkdən getmir. Düzdür, maliyyə dəstəyini sonradan verdilər. Ancaq önəmli olan hərbi dəstək idi. Əgər Qərb lap əvvəldən ən müasir texnikanı Ukraynaya versəydi, böyük ehtimalla bu gün Minsk danışıqları olmayacaqdı. Çünki bu savaş özlüyündə Avropanın təhlükəsizliyinə də bir zərbədir".

Ekspert Minsk danışıqlarının bir heçlə bitəcəyini vurğulayıb:

"Ən yaxşı halda hər hansı bir texniki sənəd və deklorasiya imzalana bilər. Donetsk və Luqanskın ciddi həllindən söhbət belə gedə bilməz. Böyük ehtimalla, görüşün nəticəsi olaraq Avropa və ABŞ Ukraynanı silahlandıracaq. Bu gün biz bu prosesləri çox yaxından izləyirik. Əgər sabah Azərbaycanla Rusiya arasında müəyyən problemlər yaransa, maraqlıdır, Qərb eyni mövqeni sərgiləyəcəkmi? Vaxtilə Gürcüstan-Rusiya savaşında bunu etmədilər və Ukrayna ilə bağlı da çox gecikdilər. Hesab edirəm ki, Ukrayna hadisəsi bütün dünya üçün bir dərsdir. ABŞ-ın sabiq prezidenti Reyqan vaxtilə demişdi ki, "ruslarla münasibətdə onlara bir əlində sülh quşunu uzatdığın zaman, mütləq digər əlində qılınc olmalıdır". Görünür, Qərb liderləri bunu unudublar".

Tarix
2015.02.13 / 09:09
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla