Yuxarı

De Vaal: “Qarabağda vəziyyət təhlükəli həddədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
De Vaal: “Qarabağda vəziyyət təhlükəli həddədir”

"Dağlıq Qarabağda bu il müharibə olmayacaq".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Karnegi Fondunun analitiki Tomas de Vaal çıxış edib.

O, bu il cəbhənin təmas xəttində vəziyyətin əvvəlki illərdən daha təhlükəli olduğunu bildirib:

"Azərbaycanlılar və ermənilərin təmas xəttində bir-birinə qarşı təhdidlərə baxmayaraq, hələ tərəflərdən heç biri daha dərinə getmək istəyini göstərməyib. Bu il siqnallar daha narahatedici olub. Yanvar ayı adətən cəbhənin təmas xətti üçün daha sakit olur. Lakin bu il təmas xəttində 12 nəfər ölüb, 18 nəfər isə yaralanıb. Azərbaycan məğlub ölkədir və onun yenidən özünün torpaqlarını geriyə qaytarmaq üçün daha böyük stimulu var. Əgər bu konflikt yenidən nə zamansa qızışsa, o, Azərbaycan və Ermənistan arasında genişmiqyaslı müharibəyə çevriləcək. Azərbaycan bu gün əvvəlki 10 illə müqayisədə daha güclü ölkədir. Lakin Ermənistan da zamanla Bakıya, dünyaya və öz xalqına göstərir ki, onlar hərbi baxımdan heç də zəif deyillər. Bütün bunlar Qarabağ ətrafındakı situasiyanı Ukrayna hadisələri və tutqun geosiyasi konteksti nəzərə almadan belə daha təhlükəli edir. Təcili olaraq problemə nəzər yetirib yaza və uzun, isti, potensial təhlükə olan yaya qədər bölgədə yaranmış situasiyanı zəiflətmək lazımdır".

Tarix
2015.02.13 / 11:41
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla