Yuxarı

İran Ukrayna təyyarəsini “Tor”la vurub? – Sensasion video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 8-də, İranın İraqdakı ABŞ bazalarına raket zərbəsi endirdikdən (01:20) az sonra Tehrandan uçan Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması (04:42-də havaya qalxıb, 2 dəqiqə sonra radarlardan itib) və 176 nəfərin ölümü ciddi surətdə müzakirə edilir.

Axar.az xəbər verir ki, ötən gün ABŞ Prezidenti Donald Trampın “təyyarə səhv nəticəsində vurula bilərdi” versiyasını müdafiə etməsi təsadüf deyil. Artıq ABŞ və Qərb mediasında bununla bağlı materiallar, hətta video yayılmaqdadır.

Yayılan videolardan birində sərnişin təyyarəsi istiqamətində raket atıldığı, bundan sonra partlayış baş verdiyi bildirilir. Video sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. “Nyu York Tayms”ın ictimailəşdirdiyi videonu çəkən şəxsin gecə 4-də küçədə dayanıb, kamerasını göyə tuşlamasının səbəbi soruşulur. “Maraqlıdır, gecə 4:45-də bu şəxs göyə tuşlanmış kamera ilə küçədə nə gəzir”, - deyə sual ünvanlanır.

Bu arada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov da maraqlı açıqlama yayıb. O bildirib ki, Prezident Zelenskinin tapşırığı əsasında qəza ilə bağlı araşdırma aparan komissiya üzvləri Tehrana gedib. Qrupun tərkibində 12 nazirliyin 45 nümayəndəsi var. Onlar müxtəlif versiyaları nəzərdən keçirirlər.

Versiyalardan biri də təyyarənin İrana məxsus ZPK “Tor” sistemindən atılan raketlə vurulmasıdır. Yayılan informasiya və videolarda artıq ərazidə “Tor” raketinin qalıqlarının tapıldığı bildirilir.

Danilovun sözlərinə görə, təyyarənin başqa “uçan obyektlə” toqquşması da istisna edilmir.

“Bizim komissiya iranlı mütəxəssislərlə birgə qəza yerində “Tor” raketinin qalıqlarının tapılması ilə bağlı informasiyanı yoxlamaqla bağlı İran tərəfi ilə razılaşıb”, - Danilov deyib.

Ehtimallardan biri də budur ki, İran ABŞ bazasına zərbə endirdikdən sonra qarşı tərəfin cavab zərbəsi endirməsi aktuallaşıb və buna görə hava müdafiə sistemləri hazır vəziyyətə gətirilib. Bu zaman “Tor” sistemi də aktivləşdirilib və həmin ərəfədə sərnişin təyyarəsi səhvən “ABŞ raketi” hesab edildiyi üçün atəş açılıb.

Digər, daha dəhşətli versiya isə ABŞ-ın İran hava qüvvələri sisteminə müdaxiləsidir. Ehtimallardan biri də odur ki, İranın zərbə vurmaq üçün atdığı raketlərin hədəfini dəyişdirmək üçün ABŞ mütəxəssisləri dərhal müdaxilə ediblər, öz raketlərinin Tehrana düşmə ehtimalına görən İran “Tor”ları da aktivləşdirib və nəticədə sistem müdaxiləsi səbəbindən yanlış obyekt vurulub.

Yada salaq ki, ABŞ bazasına “Qiyam” (800 km) və “Fateh-313” (500 km) raketlərilə zərbə endirilib. Digər məlumata görə isə zərbədə məhz “Zülfüqar” (700 km) raketlərindən istifadə edilib. Həmçinin, bildirilir ki, hücumda ayrıla bilən və idarəolunan döyüş başlığı ilə modernləşdirilmiş “Qiyam” ballistik raketindən istifadə olunub. Bu raketin trayektoriyasına ABŞ-ın müdaxilə etmək imkanlarının olduğu bildirilir.

Bu arada İran qəza yerində “Tor” raketinin qalıqlarının tapılması xəbərini yalanlayıb. Bildirib ki, raketlə vurulsaydı, pilotlar təyyarəni endirmək üçün geri qayıtmağa (Tehran aeroportuna) cəhd etməzdilər.

Amma bu halda pilotların niyə qəza siqnalı ötürməməsi sual olunur. Əgər təyyarənin mühərriki hansısa daxili səbəbdən sıradan çıxıbsa və alışıbsa, geri – aeroporta qayıtmaq istəyən pilotlar niyə bu barədə dərhal məlumat verməyiblər?

Digər bir məlumat da sarsıdıcıdır: Təyyarə ekipajı arasında 27 yaşlı stüardessa Ekaterina Statnikin son anda evlərinə zəng etməsi xəbəri xüsusilə diqqət çəkib. Belə ki, onun Xerson bölgəsindən qohumlarına zəng vurub təyyarəyə atəş açıldığını söylədiyi, ancaq əlaqənin dərhal kəsildiyi bildirilir.

Bu iki məqama görə raketin sərnişin təyyarəsinin mühərriki ilə bərabər, naviqasiya sistemini də sıradan çıxardığı versiyası da müzakirədədir.

Bu suallara qara qutu aydınlıq gətirə bilər ki, tapılan qara qutunun da yararlı halda olmadığı bildirilir. Hazırda qara qutunun oxunması üçün mütəxəssislərin çalışdığı qeyd olunur.

Tarix
2020.01.10 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla