Yuxarı

SOCAR yunan şirkətini alacaqmı? – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR yunan şirkətini alacaqmı? – Rəy

"DESFA-nın neçə faizinin satılması və ümumiyyətlə, bu şirkətin səhmlərinin SOCAR-a verilməsinin razılığını Avropa Komissiyası verməlidir".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı İlham Şaban söyləyib.

O, DESFA-nın səhmlərinin satılmasında Avropa Komissiyasının rəyinin mütləq olduğunu bildirib:

"Yunanıstan həmişə Avropa Birliyinin inkişaf etmiş ölkələri sırasında özünə yer edib. Təsəvvür edin ki, birdən-birə bunlar dönüb üzlərini Moskvaya tutdular. Ən maraqlı bir şey də odur ki, Avropa Birliyi Moskvayla qaz alışını sərtləşdirəndə bunlar dedilər ki, biz "Türk axını" ilə qazın alınmasının tərəfdarıyıq. Ona görə də Yunanıstanı həm Brüssel, həm də digərləri hansı addım atacağının müəyyən edilməsi mümkün olmayan ölkə kimi səciyyələndirirlər. DESFA-nın neçə faizinin satılması və ümumiyyətlə, bu şirkətin səhmlərinin SOCAR-a verilməsinin razılığını Avropa Komissiyası verməlidir. Çünki ötən ilin noyabrından Avropa Komissiyası onu icraata götürüb. Düzdür, burada kimə nə qədər pay verilməsini tərəflər özləri müəyyən edə bilərlər, amma ümumilikdə şirkətin satış işində Avropa Komissiyasının rəyi mütləqdir. İkinci bir məsələ də odur ki, Yunanıstanın seçdiyi yolun arxasınca getməsi Azərbaycanın buna marağını saxlayacaqmı? Ümumiyyətlə, sual verilməlidir ki, Azərbaycan bu cür ölkə ilə işləmək istəyirmi? Həmçinin nəzərə almaq lazımdır ki, zaman keçdikcə şərait də dəyişir".

Qeyd edək ki, dünən mətbuatda Yunanıstanın DESFA şirkətini Azərbaycana üç şərtlə satacağı haqqında məlumat yayılmışdı. Bunlar içərisində Azərbaycan qazının Yunanıstana satış qiymətlərinin aşağı salınması, eləcə də Azərbaycan qazı üçün tranzit qiymətlərinin artırılması və DESFA-nın 49% səhmlərinin satılması yer almışdı.

Tarix
2015.02.13 / 21:26
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla