Yuxarı

“Əliyev Bakı çıxışında iki gizli mesaj verdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Putinin Ukraynaya təcavüzü Amerika və Avropanın yaxın 30 illik xarici siyasət strategiyasını kökündən dəyişməsi ilə nəticələndi".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Bakıda keçirilən "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında Prezident İlham Əliyevin çıxışını şərh edərkən söyləyib.

O, Prezident Əliyevin bu çıxışı zamanı həm Qərbə, həm də Rusiyaya mesaj göndərdiyini bildirib:

"Beynəlxalq siyasi gücü sıfır olan Rusiya bu gün sadəcə enerji ilə Avropanı şantaj etmək qabiliyyətinə malikdir. Artıq bu problem də həll olunmaq üzrədir. Azərbaycan yaxın zamanda Avropa üçün daha önəmli bir ölkəyə çevriləcək. Azərbaycan prezidentinin dünənki çıxışındakı mesaj həm Qərbə, daha çox isə Rusiyaya ünvanlanıb. Bilirik ki, Rusiya heç zaman güvənilir müttəfiq olmayıb və bundan sonra da olmayacaq. İlham Əliyevin çıxışında iki önəmli mesaj var. Mesajın Rusiya hissəsi odur ki, Azərbaycan müstəqil və suveren dövlətdir, əgər Ukrayna ssenarisini burada tətbiq etmək istəsəniz, çox güclü müqavimətlə qarşılaşacaqsınız. Qərbə göndərilən mesajda isə enerji təhlükəsizliyi üçün alternativ axtaran Avropaya yeganə ümid yeri kimi Azərbaycan nişan verilir. Həm Qərb, həm də Rusiya bu mesajı aldı. Bu o deməkdir ki, tezliklə Azərbaycanla bağlı siyasi rəqabət güclənəcək".

Qeyd edək ki, dünən Bakıda "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan qazının Avropa üçün yeganə alternativ mənbə olduğunu bildirmişdi.

Tarix
2015.02.14 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla