Yuxarı

Bunun uğrunda mübarizə faciələrə gətirir - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçilərin qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir. Neftdən əldə olunan gəlirləri ədalətli şəkildə idarə etmək, onları insanlara çatdırmaq, ölkə qarşısında duran əsas vəzifələrə yönəltmək, əlbəttə ki, siyasi rəhbərliyin böyük zəhməti hesabına və düşünülmüş siyasət nəticəsində mümkün olmuşdur.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə bildirib.

"Azərbaycan o ölkələrdəndir ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəxtlik, inkişaf gətirdi. Neftlə zəngin olan bir çox ölkələrdə, əksinə, neft xeyir yox, ziyan, problemlər gətirir, qanlı toqquşmalar baş verir. Biz tarixdən yaxşı bilirik ki, neft uğrunda mübarizə əksər hallarda çox böyük çətinliklərə, faciələrə gətirir. Azərbaycan isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış neft strategiyasını uğurla icra edərkən neftdən əldə olunmuş gəlirləri ölkəmizin ümumi inkişafına yönəltdi. Məhz buna görə bu gün adambaşına düşən valyuta ehtiyatlarına görə biz MDB məkanında birinci yerdəyik. Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır. Bu, onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür və son illərdə ölkəmizdə yaşanan tərəqqi məhz bu amilə söykənir. İnfrastruktur layihələri icra olunub, 16 min kilometr yol çəkilibdir. Bu gün yol infrastrukturuna görə biz aparıcı ölkələr sırasındayıq. Biz vaxtilə elektrik enerjisindən korluq çəkirdik, onu xaricdən idxal edirdik. Bu gün biz ixrac edirik və bizdə min meqavatdan artıq generasiya gücü var. Buna nəyin hesabına nail olmuşuq? Neft-qaz sektorunda görülən işlər hesabına", - dövlət başçısı qeyd edib.

Tarix
2020.01.15 / 00:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla