Yuxarı

Bunu heç kəs unutmamalıdır! - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşların sosial problemlərinin həlli də birbaşa neft-qaz sahəsində görülən işlərlə bağlıdır - əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması, sosial infrastrukturun yaradılması. Yəni, böyük işlər görülübdür, 3300-dən çox məktəb, 700-dən çox tibb ocağı tikilibdir. Bütün bu işlərin əsas mənbəyi neftdən əldə edilmiş gəlirlər və bu gəlirlərdən düzgün istifadə olunmasıdır.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə bildirib.

Dövlət başçısı akademik Xoşbəxt Yusifzadənin Azərbaycan xalqı qarşısında çox böyük xidmətlərinin olduğunu vurğulayıb:

"Sizin biliyiniz, təcrübəniz, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi dövründə xarici tərəfdaşlarla apardığınız işlər bugünkü Azərbaycanın uğurlu inkişafını təmin edir.

Təbii ki, biz hazırda daha çox qeyri-neft sektoruna diqqət yetiririk, istəyirik bu sektor inkişaf etsin. Ancaq heç kəs unutmamalıdır ki, Azərbaycan iqtisadiyyatının əsası, yəni, bel sütunu neft-qaz sektorudur. Neft-qaz sektoru bundan sonra onilliklər ərzində Azərbaycanın aparıcı sektoru olacaqdır. Əlbəttə, biz çalışacağıq və əminəm buna nail olacağıq ki, qeyri-neft sektoru da inkişaf etsin. Keçən ilin göstəriciləri bunu əyani şəkildə sübut edir. Ancaq hər kəs bilməlidir ki, neft-qaz sektoru aparıcı sektordur. Bu da təbiidir. Çünki neftin vətəni Azərbaycandır. Dənizdən ilk dəfə neft məhz Azərbaycan neftçiləri tərəfindən çıxarılıb. Müasir dövrdə Azərbaycan yeni texnologiyalar əsasında öz neft-qaz potensialını tam şəkildə işə salıbdır. Nəhəng neft-qaz kəmərləri inşa olunubdur, neftdən əldə olunmuş gəlirlər hesabına böyük nəqliyyat layihələri icra edilibdir. Bu gün Azərbaycan bütün parametrlər üzrə inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşır. Əminəm ki, gün gələcək Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz yerini tapacaqdır".

Tarix
2020.01.15 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla