Yuxarı

Azərbaycanla yol xəritəsi hazırlanır - Rusiya XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla yol xəritəsi hazırlanır - Rusiya XİN

Ötən il Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri əsas istiqamətlərin hamısında davamlı inkişaf edib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 2019-cu ildə fəaliyyətinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında verilən suala cavabda bildirilib.

Rusiya XİN-in rəsmi saytında yerləşdirilən cavaba görə, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə Rusiya prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında “açıq və etimadlı dialoq” da xeyli dərəcədə təkan verib: “2019-cu ildə liderlər arasında üç görüş keçirilib: 26 aprel tarixində Pekində “Kəmər və Yol” forumunda, 3 oktyabr tarixində “Valday forumu”nda, 20 dekabr tarixində Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi zirvə görüşündə. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri baş tutub. (2019-cu ilin 20-25 noyabr tarixləri). Hökumət və parlament səviyyəsində də təmaslar geniş inkişaf edib”.

Rusiyanın Azərbaycan üçün başlıca ticarət tərəfdaşlarından biri olduğu qeyd edilən məlumata görə, ötən ilin yanvar – oktyabr aylarında ikitərəfli ticarət dövriyyəsinin 2,5 milyard ABŞ dolları, yəni əvvəlki ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olduğu göstərilir.

“Rusiya-Azərbaycan strateji tərəfdaşlığının keyfiyyətcə yeni səviyyəyə çıxmasına yönələn 5 yol xəritəsi uğurla həyata keçirilir. Həmçinin innovasiyaların inkişafı və rəqəmsal iqtisadiyyat sahəsindəki əməkdaşlığa dair əlavə yol xəritəsinin hazırlanmasına aidiyyəti qurumlar tərəfindən başlanılıb. Hazırda Azərbaycanda 950 birgə müəssisə fəaliyyət göstərir. Rusiyanın Azərbaycandakı sərmayələri 4,5 milyard dollar, Azərbaycanın da Rusiyadakı sərmayələri 1,5 milyard dollar təşkil edir. Bakı ilə beynəlxalq platformlarda da səmərəli əməkdaşlığımız var”, - Rusiya XİN-in açıqlamasında bildirilir.

Tarix
2020.01.17 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın İrana zərbə qərarı: ABŞ bu ölkələri “itirir”

İlham Əliyev Xurelsuxaya məktub göndərdi

Zakir Həsənov Ərdoğanla eyni tədbirdə - Foto

Trampın Xameneinin dəfni ilə bağlı tələbi...

İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bakı bu ölkədə "ASAN xidmət"ə dəstək verəcək

Erməni cinayətkarların apellyasiya məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla