Yuxarı

Qızılkənd xalq şairini böyük sevgi ilə qarşıladı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı seçicilərlə növbəti görüşünü keçirib.

Axar.az xəbər verir ki, xalq şairinin növbəti görüşü bu gün 11:30-da rayonun Qırmızıkənd kəndində baş tutub. 200-dən çox sakinin qatıldığı və olduqca izdihamlı keçən görüşdə kənd ziyalıları, ağsaqqallar çıxış ediblər, Sabir Rüstəmxanlıya məhz Neftçalanı seçdiyinə görə təşəkkür edib, uğurlar arzulayıblar.

Problemlərdən danışan sakinlər bildiriblər ki, əsas çətinlik məktəblə bağlıdır. Belə ki, sovet vaxtı tikilən məktəbin təmiri və ya yenisinin tikilməsi həyata keçirilməyib.

Həmçinin sakinlər su probleminə toxunublar, bildiriblər ki, kənd camaatı hələ də kanal suyundan istifadə edir.

Sakinlər Sabir Rüstəmxanlıdan bu problemlərin ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.

Çıxış edənlər Sabir Rüstəmxanlının Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizəni və ölkəmizin müstəqilliyinə səs verən tarixi şəxsiyyətlərimizdən biri olmasını xatırladaraq, onunla fəxr etdiklərini qeyd ediblər.

Sabir Rüstəmxanlı çıxışında bildirib ki, Neftçala onun üçün xüsusi önəm daşıyır. Bu torpağın yetirməsi olan Xəlil Rza Ulutürklə dostluğunu xatırladan Sabir Rüstəmxanlı onunla bağlı xatirələrini danışıb, Qırmızıkənddən çıxan böyük ziyalılardan Əjdər Ağayev və Tofiq Abdinin adını çəkərək, onlarla birgə gördükləri işləri yada salıb.

Sakinlər Sabir Rüstəmxanlının alternativi olmadığını, birmənalı olaraq ona səs verəcəklərini xüsusi qeyd ediblər.

Tarix
2020.01.19 / 14:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla