Yuxarı

Heydər Əliyev bu barədə dəfələrlə danışıb - Slutski

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev bu barədə dəfələrlə danışıb - Slutski

Mən Bakıya gələndə, ilk növbədə, Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edirəm. Bakıya səfərimin müddəti nə qədər qısa olsa belə, bu ənənəni heç vaxt pozmuram.

Axar.az xəbər verir ki, RF Dövlət Dumasının deputatı Leonid Slutski bu sözləri Azərbaycanın Moskvadakı səfirliyində Qara Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimində söyləyib.

Rusiyalı deputat deyib: “Bakını Şəhidlər xiyabanı və “Əbədi məşəl” olmadan təsəvvür etmək mümkün deyil. Biz Şəhidlər xiyabanını ziyarət edərkən hər bir memorial abidənin yanında ayaq saxlayırıq. Həmin gün gənclər, təzə evlənənlər, zabitlər, ziyalıların nümayəndələri həlak olub. Lakin çox qəribədir, onların arasında heç bir siyasətçi, heç bir fəal yox idi. Bu qərarın qəbul edilməsi mexanizmi bizə hələ də aydın deyil. Məncə, bu təhqiqata yenidən qayıtmaq lazımdır, çünki o dövrdə sovet məkanında bundan qəribə hadisə olmayıb. Bu dəhşətli faciəyə heç cür bəraət qazandırmaq olmaz. Əlbəttə, biz və bizdən sonrakı nəsillər bugünkü firavanlaşan Azərbaycan uğrunda canlarından keçmiş adamların hər birini ömrümüz boyu xatırlayacaq və ehtiramla yad edəcəyik”.

L.Slutski vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu faciənin dəhşəti barədə dəfələrlə danışıb. O deyib: “Bugünkü Azərbaycan dövlətinin banisi böyük Heydər Əliyev yanvarın 20-də baş vermiş faciənin dəhşəti, burada zərrə qədər sağlam düşüncə olmaması barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı indiki səfirliyinin binasında çıxışından başlayaraq dəfələrlə danışıb”.

L.Slutskinin sözlərinə görə, Qara Yanvar hadisələrinin ağrısı Azərbaycanla bağlı olan və bu ölkəni sevən bütün insanların qəlbində yaşayır. O deyib: “Artıq 30 ildir ki, biz hər il bu barədə danışırıq. Hətta həmin faciəli hadisələrdən sonra doğulmuş gənclərin də qəlbində bu ağrı azalmır. Onlar özlərini Azərbaycan vətəndaşları və ya mənim kimi, qəlbində Azərbaycanı yaşadan insanlar hesab etməyə başlayan andan bu ağrını da duyurlar. Azərbaycan tarixində bu qara yubiley gününü, bu faciəni hər kəs xatırlayır və həmişə xatırlayacaq”.

Deputat çıxışının sonunda deyib: “Mənim fikrimcə, biz hamımız 1990-cı il yanvarın 20-də həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verməli, bu hadisələri daim xatırlamalı və belə faciələrin bir daha baş verməməsi üçün əlimizdən gələni etməliyik”.

Tarix
2020.01.20 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla