Yuxarı

“Azəriqaz” ASC-ni aldadan sədrə cinayət işi açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” ASC-ni aldadan sədrə cinayət işi açıldı

"Ulu" Məhdud Məsuliyyətli Cəmiyyətin sabiq direktorunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, istintaq zamanı cəmiyyətin sabiq direktoru İlham Səfərovun qulluq mövqeyindən sui-istifadə edib. Belə ki, o, Binəqədi rayonu ərazisində qaz xəttinin çəkilişi ilə əlaqədar "Azəriqaz" İstehsalat Birliyi ilə bağlanmış podrat müqaviləsinə əsasən həmin işlərin görülməsini subpodraçılara həvalə edib. Görülmüş işlərin müqabilində isə birliyin "Bank of Azərbaycan"ASC-dəki bank hesabından çıxardığı 455 min manat məbləğində pulu subpodratçılara ödəməyərək mənimsəyib. Buna görə də ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

İstintaq zamanı vurulmuş ziyanın əhəmiyyətli hissəsinin - 319 min manatın ödətdirilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2015.02.17 / 14:49
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla