Yuxarı

Türkiyədəki fay qırılmalarının ölkəmizə təsiri... – Ekoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycan fərqli coğrafi mövqelərə malikdir. Yəni Azərbaycana ən çox təbii təsiri olan ölkələr Rusiya, İran, Türkmənistandır. Buna görə də Türkiyədəki zəlzələnin və fay qırılmalarının Azərbaycana təsiri olacağını düşünmürəm.

Bu sözləri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Türkiyənin Elazığ və Malatya şəhərində baş verən güclü zəlzələnin Azərbaycana təsirini Axar.az-a şərh edərkən deyib.

Ekoloq bildirib ki, Azərbaycanda ən çox seysmik fəallığın müşahidə olunduğu yerlər Şamaxı, Bakı, Quba, Lənkəran və digər Xəzər sahili bölgələrdir:

“Ümumilikdə deyə bilərəm ki, istər paytaxt Bakı, istərsə də regionlarımız mümkün zəlzələyə hazırdır. Çünki ölkədə binalar təhlükəsizlik standartlarına tam uyğundur və risk ehtimalları öncədən nəzərə alınaraq tikilir. Bu, uzun illərdir belədir. Örnək verim ki, 2000-cı ildə Bakıda 7 bal gücündə zəlzələ olmasına baxmayaraq, elə də ciddi dağıntı olmamışdı. Düşünmürəm ki, Bakıda tikilən yeni hündürmərtəbəli binalar şəhərin seysmoloji vəziyyətinə ciddi təsir göstərsin. Çünki bu binalar həm seysmoloji, həm də digər təsirlər nəzərə alınaraq tikilir”.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ vilayətində 6,8 bal gücündə zəlzələ baş verib. Nəticədə 20-dən çox insan ölüb, 1000-dən çox yaralı var.

Tarix
2020.01.25 / 16:45
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla