Yuxarı

Anatoli Torkunov ADA-da mühazirə oxudu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anatoli Torkunov ADA-da mühazirə oxudu

Yanvarın 25-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) rektoru, akademik Anatoli Torkunov ADA Universitetində mühazirə ilə çıxış edib.

ADA Universitetindən Axar.az-a bildirilib ki, A.Torkunov müasir beynəlxalq münasibətlər sahəsində cərəyan edən yeni proseslərlə bağlı analizlərini diplomatik korpusun nümayəndələri, tələbələr və bu sahəni tədqiq edən peşəkarlarla bölüşüb.

Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev MGIMO-nun yalnız beynəlxalq münasibətlər sahəsində deyil, həm də dəqiq elmlər sahəsində mütəxəssislər yetişdirdiyini diqqətə çatdırıb. Hafiz Paşayev deyib: “ADA Universiteti MGIMO Universiteti ilə əməkdaşlığa önəm verir. Bu səbəbdən də MGIMO ilə maliyyə sahəsində ikili diplom proqramı təqdim edərək bu sahədə mütəxəssislərin yetişdirilməsini hədəfləyirik”.

Daha sonra MGIMO Universitetinin rektoru akademik Anatoli Torkunov çıxış edərək ADA Universiteti ilə birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, MGIMO Universitetinin beynəlxalq münasibətlərlə yanaşı, aqrar, idman və digər sahələrdə də mütəxəssislər yetişdirmək üçün əməkdaşlığı genişləndirdiyini, eyni zamanda, süni intellekt sahəsini də tədqiq etdiyini diqqətə çatdırıb. “Müasir beynəlxalq münasibətlər sahəsində baş verən parametr dəyişikliyini nəzərə alaraq, bu dövrü postbipolyar dövr kimi də xarakterizə etmək olar”, - deyə akademik Torkunov qeyd edib.

Öncəki illərdə müşahidə etdiyimiz klassik diplomatiya ilə hazırkı diplomatiya anlayışları arasında böyük fərqin olduğunu bildirən akademik informasiya sahəsində özünü göstərən texnoloji inqilab barədə ətraflı məlumat verib. O, informasiya sahəsindəki inqilabın süni intellekt anlayışını da özündə ehtiva etdiyini bildirib.

Tarix
2020.01.25 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla