Yuxarı

"Ermənistan danışıqların başlanmasına əngəl olur"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Ermənistan danışıqların başlanmasına əngəl olur"

Ermənistan növbəti dəfə əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə səsləndirdiyi fikirləri mətbuata şərh edərkən deyib.

O, qeyd edib ki, Ermənistan xarici işlər naziri özünün təəssüf doğuran ziddiyyətli şərhləri ilə kimin real olaraq regionda sülh və təhlükəsizliyin bərqərar olmasına əngəl yaratdığını bir daha göstərdi.

H.Hacıyev bildirib ki, davam edən sürəkli gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: "Qeyd olunan "Dağlıq Qarabağ" heç vaxt əsas prinsiplərin hazırlanması üzrə danışıqların hər hansı bir mərhələsində iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi növbəti dəfə bütün mümkün metodlarla əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır".

Tarix
2015.02.17 / 19:51
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla