Yuxarı

Namizədlər niyə “əl öpür" - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərin ən çox müzakirə olunan məsələlərindən biri də deputatlığa namizədlərin öz dairələrində keçirdiyi görüşlərdə “həddən artıq səmimiyyət”dir. daha doğrusu, namizədlərin yaşlıların, məxsusən nənələrin əlini öpməsi və bu görüntüləri paylaşması birmənalı qarşılanmır. Bəziləri belə rəftarı səmimiyyətin göstəricisi kimi qəbul etsə də, bir qisim bunu namizədlərin “xal toplamaq cəhdi” kimi qiymətləndirir.

Məsələ ilə bağlı Axar.az-a danışan PR mütəxəssis Vüqar Baba deputatlığa namizədlərin yaşlı ananın – seçicisinin əlini öpməsinin normal olduğunu deyib:

“Namizədlər bununla xalqa yaxın olmaq istəyini, mental dəyərlərə hörmət etdiyini göstərmək istəyir. Çünki bizdə böyüyə, yaşlılara hörmət hər kəs tərəfindən qəbul olunur. Buna görə də xalqın ümumi dəyərlərinin ortaq olduğunu göstərmək üçün namizədlər əl öpür, yaşlıları qucaqlayırlar. Belə səmimi görüntülərin çəkilməsi də işin bir hissəsidir”.

Ekspert namizədlərin vətəndaşlarla yaxınlığının tənqid edilməsinin səbəbini belə izah edib:

“Sadəcə bunun birdən-birə olması və kütləvi hal alması, sanki bir trendə çevrilməsi diqqət çəkir. Bu da təbii olaraq kimlərinsə gülüşünə səbəb ola bilər. Çünki buna öyrəşməyiblər. Bu, həm də onunla əlaqədardır ki, seçiciləri ilə məsafəli olan, öz kabinetində oturub, bir çox hallarda yaşlı seçicilərini vaxtilə qəbul belə etməyən bəzilərinin sırf seçki üçün belə hərəkət etməsi də müşahidə olunur ki, bu da mənfi rəylərə yol açır”.

V.Baba namizədlərin seçki təbliğatı apararkən yol verdiyi səhvlərə də toxunub:

“Amma ümumilikdə götürdükdə bu tip hərəkətlər normal piar taktikalarından biridir. Sadəcə, diqqətli olmaq lazımdır. Çünki hər piar taktikasını hər yerdə tətbiq etmək olmaz. Yəni lokal xüsusiyyətlər nəzərə alınmalıdır. Eyni taktika bir yerdə rəğbət yarada, digər yerdə gülüş doğura bilər. Bir taktikadan maksimum istifadə edəndə, digər fəaliyyətlər bunu tamamlamayanda, əskik və ya çox qabarıq görünə bilər”.

Tarix
2020.01.27 / 15:41
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

AzTV bir daha bəyan etdi: Araiklə müsahibə yayımlanacaq!

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla