Yuxarı

Naxçıvan Qarnizonunda toplantılar keçirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan Qarnizonunda toplantılar keçirilir

Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə keçirilən toplantılar davam edir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Axar.az-a bildirilib ki, yeni tədris ilinə hazırlıq planına uyğun olaraq bölük, batareya komandirləri və müavinləri ilə keçirilən toplantıda zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılıb.

Nümayiş məşğələlərinə daha çox yer verildiyi toplantıda taktiki-sıra və sıra hazırlığı məşğələlərinin təşkili, hazırlanması və keçirilməsi metodikası göstərilib.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən dərslər zamanı hüquq hazırlığından “Bölmələrdə cinayət hadisələrinin baş vermədən qarşısının alınması”, mənəvi-psixoloji hazırlıqdan “Hərbi kollektivi idarəetmə psixologiyası” mövzularında mühazirələr oxunub.

Digər ixtisaslı hərbi qulluqçuların cəlb olunduğu toplantılar davam edir.

Tarix
2020.01.27 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla