Yuxarı

Sərkisyanın bitəcəyi tarix bəlli oldu: Dodi Qaqo gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyanın bitəcəyi tarix bəlli oldu: Dodi Qaqo gəlir

"Ermənistanda hazırda hakimiyyət uğrunda çox ciddi savaş başlayıb".

Bu sözləri Axar.az-a açıqlamasında BDU-nun Erməni Araşdırma Mərkəzi üzrə eksperti İsmayıl Tanrıverdi İrəvandakı son vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanda hazırda yerli hakimiyyət orqanları böyük təşviş içindədir:

"Sərkisyan bütün hakimiyyət qüvvələrini başına yığıb hazırda "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Çarukyana (Dodi Qaqo) qarşı çıxışlar edərək bildirir ki, Dodi Qaqonu siyasətə biz gətirmişik, onun siyasətdən heç başı da çıxmır. Ancaq yerli əhali Çarukyanı dəstəkləyir və ölkə rəhbərliyində onu görmək istəyir. Fevralın 20-də saat 04:00-da Qaqik ümum-Ermənistan mitinqini təşkil edəcək. Demək olar ki, bəlkə də hər şey bu mitinqlə həll olunacaq. Çünki onlar dörd partiyanın birləşməsidir. Levon Ter Petrosyan, Raffi Ovanisyan, sonuncu - xalq arasında o qədər də nüfuza malik olmayan Dəmirçinyanın oğlu. Ermənicə "yeryak" (üçlük) adı altında birləşmiş bu üçlüyün gücü çoxdur. Hazırda xalq onları dəstəkləyir. Hətta İrəvanda ziddiyyətlərin kəskinləşməsində son nöqtəni dünən deputat Rustam Kasparyanın evinə 40 nəfərin hücum etməsi qoydu. Bu baxımdan da məsələ çox ciddidir. Hər şey fevralın 20-də bəlli olacaq. Bu tarix Sərksiyanla bağlı son sözü deyəcək".

Ekspertin sözlərinə görə, hazırda Sərkisyanla Çarukyan arasındakı savaşı durdurmaq üçün bir çox liderlər səfərbər olublar:

"Məlumata görə, Çarukyanın xalası oğlu Amerika və Moskvada məşhur milyarder kimi tanınan Karapetyan hazırda barışıq əldə olunması üçün İrəvana təşrif buyurmağa hazırlaşır. Eyni zamanda Petrosyan və bir sıra yerli hakimiyyət orqanları camaatı sakitləşdirmək üçün dəridən-qabıqdan çıxır. Onlar heç olmasa aprelin 24-nə soyqırım məsələsi həll edilənə qədər bu qarışıqlığın aradan qalxmasına çalışırlar. Vəziyyət olduqca gərgindir. Sərksiyanın hakimiyyətdən getməsi an məsələsidir".

Tarix
2015.02.18 / 09:09
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla