Yuxarı

Avropa Şurasında böhran var - Səməd Seyidov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasında böhran var, bu təşkilatın gələcəyi barədə düşünmək lazımdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təşkilatın Strasburqda keçirilən qış sessiyasındakı çıxışında bildirib.

S.Seyidov bu gün AŞPA-nın qış sessiyası zamanı 8 ölkənin nümayəndə heyətinin səlahiyyətinə etiraz edildiyini vurğulayıb:

"Bu isə aydın göstərir ki, biz bu gün böhran yaşayırıq. Bunun əsas səbəbi, üzv ölkələrimizdə qarşılıqlı hörmət və anlaşma olmamasıdır. Bir neçə dəqiqə əvvəl Ermənistandan olan bir həmkarım ölkəm haqqında tamamilə qəbuledilməz, yolverilməz bir şəkildə danışdı. Başqa bir dövlətin ərazisini işğal edən, qırğınlar törədən, uşaqları, qadınları öldürən bir ölkənin nümayəndəsinin belə bir ifadəsi tamamilə qəbuledilməzdir".

Sessiyada Azərbaycanla bağlı dinlənilən hesabat barədə danışan S.Seyidov qeyd edib ki, hesabat müəllifi öz fikrini təşkilat üçün tamamilə qəbuledilməz bir tonda ifadə edib.

"Başqalarına hörmət edə bilmirsinizsə, böhran yalnız dərinləşəcək. Buna görə həmkarlarımı bu cür ritorikalardan çəkinməyə çağırıram. Təşkilatın gələcəyini düşünmək lazımdır. Belə ritorikadan imtina etməliyik və yalnız bu şəkildə AŞPA-nın gələcəyini təmin edə bilərik".

Qeyd edək ki, bu gündən Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayıb.

Yanvarın 31-dək davam edəcək sessiyada Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildirlər.

Sessiyada Büronun və Daimi Komitənin görülmüş işlərə dair hesabatı dinləniləcək, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Polşada demokratik institutuların fəaliyyəti, Avropada jurnalistlərin təhlükəsizliyi və media azadlığı və digər mövzularda müzakirələr aparılacaqdır.

Müzakirələrdə deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Sessiya çərçivəsində yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir də keçiriləcəkdir.

Tarix
2020.01.27 / 20:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla