Yuxarı

Rusiya Qarabağı yalnız bu şərtlə qaytara bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Qarabağı yalnız bu şərtlə qaytara bilər

"Rusiyanın strategiyasının dəyişməsinə inanmıram".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə söyləyib.

O, Azərbaycanla Amerika arasında münasibətlərin gələcəyinin parlaq olduğunu bildirib:

"Nullandın Azərbaycana gəlməsi olduqca müsbət haldır. Amerika dünyanın lideridir. Ona görə də Amerika Dövlət Departamentinin nümayəndəsinin Azərbaycana gəlməsi olduqca yaxşı hadisədir. Vaşinqton Azərbaycanı özünə strateji partnyor sayır və Azərbaycanla əlaqələri inkişaf etdirir. Bu da son zamanlar Azərbaycanın ABŞ-la əlaqələrinin soyuması ilə bağlı yayılmış şayiələrə son qoyur. Məncə, Bakı ilə Vaşinqtonun əlaqələrinin gələcəyi əladır. Rusiya isə 20 ildir ki, bizi aldadır. Hər dəfə Ermənistanla sülhə imkan yarananda bunu pozur. Onun bizimlə bağlı hazırkı strategiyasının dəyişməsini mən deyə bilmərəm. Sözün düzü, mən Rusiyanın strategiyasının dəyişməsinə inanmıram. Kremlin öz siyasətini dəyişməsinə böhran, sanksiyalar və sairə təsir edə bilər. Amma qəti nəsə söyləmək olmaz. İnanmıram ki, Rusiya Azərbaycana yeddi rayonu qaytarsın. Moskva Bakıya yeddi rayonu yalnız Azərbaycanın Qarabağdan imtina edib onu Ermənistana vermək qərarına gələndən sonra hansısa don geyindirib qaytara bilər. Bununla bərabər, Azərbaycan öz müstəqilliyindən imtina edib İrəvanın gününə düşər. Yəni Azərbaycan öz taleyini Rusiyaya verir, o isə bizdən istədiyi kimi istifadə edir. Bax, bu cür Rusiya-Azərbaycan əlaqələrinin tam əleyhinəyəm. Bilmirəm bu mümkündür, ya yox. Arzu edərdim ki, mümkün olmasın".

Tarix
2015.02.18 / 09:40
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla