Yuxarı

Nuland Bakıya verdiyi sözü İrəvanda səsləndirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland ümid etdiyini bildirib ki, yaxın günlərdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində sülh bərqərar ediləcək.

Trend in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, V.Nuland bu gün Yerevanda keçirilən mətbuat konfransında Azərbaycan və Ermənistan rəhbərliyi ilə görüşlərdə münaqişə zonasında gərginliklə bağlı narahatlığını ifadə etdiyini bildirib.

O, qeyd edib: "Biz sülhün bərqərar edilməsini və birbaşa danışıqların aparılmasını istəyirik. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıblar və mən Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərdə heç bir tərəfə fayda verməyən qan tökülməsinə son qoyulmasının zəruriliyini bildirmişəm. Fikrimcə, bu səfər çərçivəsində hər iki paytaxtda tərəqqi əldə edilib və yaxın günlərdə təmas xəttində hərbçilər və onların ailələri naminə sülh bərqərar ediləcək".

Dövlət Departamentinin nümayəndəsi, həmçinin Ermənistan tərəfini işğal edilmiş Azərbaycan torpaqlarında saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırıb.

Tarix
2015.02.18 / 20:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla