Yuxarı

Ramil Usubov yeni rəislər təyin etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubov yeni rəislər təyin etdi

Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinatlar olub.

Musavat.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis polkovniki Azər Abdullayev BŞBPİ-nin Katibliyin rəisi vəzifəsinə təyinat alıb. Bundan başqa, polis polkovniki Emin Məmmədov idarənin Təhqiqat Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl BŞBPİ-də yoxlamalar həyata keçirilib. İşdə yol verdikləri ciddi nöqsanlara görə BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş daxili işlər nazirinin əmri ilə tutduqları vəzifələrdən azad olunub.

Yoxlamalardan sonra R.Usubovun imzaladığı əmrlərlə Vüqar Əliyev idarənin Təşkilati-İnspektor İdarəsinin rəisi, Elçin Əsədov Kadrlar İdarəsinin rəisi, Zaur Fətəliyev isə Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Tarix
2015.02.19 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla