Yuxarı

Vaşinqtonun Bakı strategiyası: Rəngli inqilablar bitdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaşinqtonun Bakı strategiyası: Rəngli inqilablar bitdi

"Amerika rəsmiləri Azərbaycanla bağlı tam başqa strategiya fikirləşib".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.

O, ABŞ-ın Ukrayna ssenarisini Azərbaycanda həyata keçirmək niyyətinin artıq mümkünsüzə çevrildiyini bildirib:

"Ümumiyyətlə, Nuland Bakıya və regiona başqa məqsədlə gəlmişdi. Vaşinqton bu bölgəyə uzun müddətdir ki, lazımi diqqət yetirmir. Bundan savayı, son illərdə onun tərəfindən bir sıra ciddi səhvlər buraxılıb ki, bu səhvlər ABŞ-ın regiondakı mövqelərinin zəifləməsinə gətirib çıxarmışdı. Bu vəziyyət uzun müddət davam edə bilməzdi. Ukrayna hadisələrinin fonunda Vaşinqtonun Cənubi Qafqazda zəifləməsi, hətta Azərbaycan kimi tərəfdaşın itirməsinə gətirib çıxarda bilərdi. Bunu anlayan Amerika rəsmləri tam başqa strategiyanı fikirləşərək bunu həyata keçirtmək niyyətindədirlər. Təsadüfi deyil ki, ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirləri yeni təyinat almış insanlardır. Bu adamların vəzifəsi hazırda bu strategiyanı həyata keçirtməkdən ibarətdir. Mövcud sxemlərdə inqilabi yol kontr-produktiv sayılır və beləliklə də Ukrayna ssenarisinin bölgədə həyata keçirilməsini mümkünsüz edir. Vaşinqton mövcud hakimiyyətlərlə konstruktiv dialoq qurmaq niyyətindədir. Sözsüz ki, öz mənafelərini qoruyub saxlamaq burada onun əsas şərtidir".

Tarix
2015.02.20 / 09:35
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla