Yuxarı

Koronavirusla bağlı DST-dən daha bir açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni tip koronavirusun səbəb olduğu pnevmoniya epidemiyası hələlik pandemiya deyil. Epidemiya barəsində yanlış informasiyaya qarşı mübarizə hazırda onun profilaktikası və nəzarətdə saxlanması üçün böyük əhəmiyyət daşıyır.

Axar.az xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının (DST) pandemiya və endemik xəstəliklər departamentinin direktoru Silvi Brian Cenevrədə mətbuat konfransında söyləyib.

O vurğulayıb ki, DST-nin tərifinə görə, pandemiya xəstəliyin bütün dünyaya yayılması deməkdir. İndiki infeksiya ocağı pandemiya deyil, çünki hazırda yoluxma hallarının çoxu Xubey əyalətinin payına düşür.

DST departamentinin direktoru bildirib ki, Çin hökuməti epidemiyanın Xubey əyalətinin hüdudlarından kənarda yayılmasının qarşısını almaq üçün tədbirlər görür, ölənlərini sayını azaltmaq məqsədi ilə əyalətdə koronavirusa yoluxanların müalicəsi üçün xəstəxanaların tikintisinə başlayıb. Xubey əyalətinin hüdudlarından kənarda və digər ölkələrdə əsas strategiya epidemiyanın yayılmasının qarşısını almaq olmalıdır. DST hesab edir ki, bu strategiya səmərəlidir və məsləhət görür ki, başqa ölkələr də yoluxma hallarının aşkar edilməsi, yoluxanların təcrid edilməsi və onların müalicəsi istiqamətində tədbirlər görsünlər. Bundan əlavə, epidemiyanın yayılması riskini azaltmaq üçün yoluxanlarla sıx təmasda olan insanlar nəzarətdə saxlanmalı və təcrid edilməlidir.

S.Brian deyib: “Epidemiyanın profilaktikası və nəzarətdə saxlanması zamanı şayiələrə və yanlış informasiyaya qarşı mübarizə çox əhəmiyyətlidir”. Onun sözlərinə görə, şayiələr və yanlış informasiya epidemiyaya qarşı mübarizə səylərini heçə endirə bilər. Odur ki, bu problemin vaxtında yoluna qoyulması son dərəcə əhəmiyyətlidir.

Tarix
2020.02.05 / 20:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla