Yuxarı

Ukrayna böhranı: Azərbaycan üçün unikal şans yaranıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya heç vaxt özünün sərhədi yaxınlığında yerləşən ölkələrin stabil olmasında maraqlı olmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında Mixail Saakaşvilinin Gürcüstan Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Ramin Bayramov söyləyib.

O, Rusiyanın qarşısında Cənubi Qafqaz ölkələrinin iki seçiminin olduğunu bildirib:

"O, hər zaman bu ölkələrdə qarışıqlıq yaratmaqla həmin ölkələrdəki inkişafı zəiflətməyə çalışıb. Kremlə hətta ona uzun illər boyunca sadiq qalan dövlətlərin belə özünün təhlükəsizlik və inkişaf siyasətini müəyyən etmək imkanına sahib olması Moskva üçün qəbuledilməzdir. Bunların sırasına biz Ermənistanı aid edə bilərik. Rusiya SSRİ-nin sələfi, əslində isə dövlət kimi zamanında hərbi işğal yolu ilə müxtəlif ölkələri ələ keçirərək SSRİ-nin alternativi olan Avrasiya İttifaqı ideyası adı altında köhnə sərhədlərini bərpa etməyə çalışır. Cənubi Qafqaz hər zaman Kreml üçün onun imperiya sərhədlərinin bir hissəsi olub və onun bu doktrinasının gələcəkdə dəyişməsini gözləmək sadəlövhlük olardı. Bu yalnız güclü xarici təzyiq şəkildə dəyişə bilər. Bu gün Ermənistan, Gürcüstan və Azərbaycan üçün iki yoldan birini seçilməsi çox vacibdir. Bunlardan birincisi, Rusiya ilə qardaşlıq edərək, diz çökməkdir. Digəri isə azadlıqdır. Bunun üçün isə ayaq üstünə qalxaraq bərk dayanmağı bacarmaqdır. Əgər qardaşlardan biri özündə güc tapıb ayağa qalxırsa, o zaman digərləri kənarda durmamalı, onu maksimal şəkildə dəstəkləməlidir. Ukrayna bu gün Kremlin imperiya ambisiyalarına qarşı mübarizənin misalıdır. Cənubi Qafqaz ölkələrinə gələcəkdə öz müstəqilliklərini, təhlükəsizliklərini gücləndirmək üçün unikal şans yaranıb".

Tarix
2015.02.21 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla