Yuxarı

İlham Əliyev: Vaxt itirməməliyik...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər şey Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına və demokratik proseslərin genişlənməsinə yönəlmiş ümumi inkişaf strategiyası çərçivəsində gedir. Buna görə də həyata keçirilən struktur islahatları, o cümlədən kadr islahatları da bir məqsədə xidmət edir: biz yerimizdə saymayaq. Çünki müvəffəqiyyətlərdən arxayınlaşmaq olmaz.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 10-da MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

"Ötən illər ərzində böyük nailiyyətlər əldə olunub. Lakin həyat öz şərtlərini diktə edir. Dünyada, bizim regionda, iqtisadi sahədə şərait dəyişir, yeni çağırışlar meydana çıxır. Ona görə biz buna hazır olmalıyıq və vaxt itirməməliyik. Bu səbəbdən hökumətin, Prezident Administrasiyasının, mərkəzi və yerli hakimiyyət orqanlarının yenilənməsi, kadr islahatları parlamentdən yan keçə bilməzdi. Xüsusən də mahiyyətcə, seçkiləri bir neçə ay irəli çəkməklə biz vaxta qənaət etdik. Çünki onsuz da yay aylarında parlament tətildə olur, sonra qayıtdıqda yenidən seçkilər başlayır. Çalışdıq ki, maksimum açıq seçkilər keçirək və ona görə də müşahidəçiləri, o cümlədən, düzünü desək, obyektiv qiymət gözləmədiyimiz müşahidəçiləri də dəvət etdik.

Azərbaycanda keçirilən seçki kampaniyalarının təcrübəsinə əsasən deyə bilərəm ki, biz həmişə qərəzli münasibət görmüşük. Bununla belə, hesab edirik ki, bizim gizlədəcəyimiz heç nə yoxdur. Biz çoxlu sayda müşahidəçi dəvət etdik, gələnlərin hamısına minnətdarıq. Ona görə də son nəticədə nə yazılacağından və onları hansısa fikirləri səsləndirməyə məcbur edəcəklərindən asılı olmayaraq, hər halda onların hər birində həm ölkəmiz, həm insanlarımız, həm də seçki prosesi haqqında rəy formalaşacaq. Bu baxımdan Dövlət Dumasının nümayəndə heyətinin bu tərkibdə prosesdə iştirak etməsi bizim üçün çox qiymətlidir. Əlbəttə, MDB və digər beynəlxalq təşkilatların nümayəndə heyətləri də var. Ona görə də düşünürəm ki, başlıcası Azərbaycan xalqının nəticələrdən razı qalmasıdır. Çünki bizim üçün əsas məsələ bu idi ki, insanlar kimə səs verəcəklərini və kimə etimad göstərəcəklərini seçə bilsinlər. Bu etimadın səviyyəsi çox yüksəkdir", - İ.Əliyev qeyd edib.

Tarix
2020.02.10 / 22:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla