Yuxarı

Məmmədyarov ATƏT-in baş katibini Bakıya dəvət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:31

Xarici işlər naziri Elmar Məmmədyarov Vyanada ATƏT Baş katibi Tomas Qreminqer ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tərəflər ATƏT və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüş zamanı baş katib ATƏT-in Azərbaycanı təhlükəsizliyin hərbi-siyasi, iqtisadi və ətraf mühit və insan ölçüsü üzrə öhdəliklərinin yerinə yetirilməsində dəstəkləməyə sadiq olduğunu qeyd edib. Qreminqer ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycan tərəfinin rəsmi dəvətini qəbul edərək 9 fevral tarixli növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana Seçki Müşahidə Missiyasını göndərdiyini xatırladıb.

Elmar Məmmədyarov vurğulayıb ki, seçkilər Azərbaycanda həyata keçirilən islahatlar prosesi kontekstində nəzərdən keçirilməlidir.

Nazir baş katibə bu ilin 28-30 yanvarında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə Cenevrədə keçirilmiş görüşü barədə məlumat verib. E.Məmmədyarov münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında tezliklə həllinin substantiv aspektləri üzrə ətraflı müzakirələrin əhəmiyyətini vurğulayıb.

Baş katib Qreminqer Minsk Qrupu həmsədrlərinin səylərinə tam dəstəyini ifadə edib və insanlar arasında intensive təmaslar vasitəsilə xalqların sülhə hazırlanması üçün konkret addımları və danışıqları alqışlayıb.

E.Məmmədyarov və T.Qreminqer həmçinin ATƏT-in “Xəzər Dənizi bölgəsində Yaşıl Limanların və Bağlılığın təşviq edilməsi” layihəsinin həyata keçirilməsinin hazırkı mərhələsini müzakirə ediblər. Layihə Xəzər dənizi boyunca və daha geniş bölgədə bağlılığı təşviq etmək üçün yenilənə bilən enerji, rəqəmsallaşma və ticarət və nəqliyyat vasitələrindən daha yaxşı istifadə etmələri üçün Azərbaycan, Qazaxıstan və Türkmənistanı dəstəkləmək məqsədini daşıyır.

Azərbaycanın XİN rəhbəri baş katibi yaxın gələcəkdə Azərbaycana səfərə dəvət edib. Nazir bildirib ki, baş katibin səfəri münasibətilə Bakıda yaşıl limanların və bağlılığın təşviqi ilə bağlı konfrans təşkil olunacaq.

Tarix
2020.02.10 / 23:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla