Yuxarı

Trampdan İrəvanı məyus edəcək qərar – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampdan İrəvanı məyus edəcək qərar – Şərh

Donald Tramp seçkiqabağı ABŞ seçicisinin rəğbətini qazanacaq addımlar atır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını azaltmaq istəyini şərh edərkən deyib. O bildirib ki, Trampın son zamanlar verdiyi qərarlar onun reytinqinə ciddi təsir edib:

“Əslində, Tramp bu addımla xaricə xərclənən pulların ABŞ vətəndaşlarına sərf ediləcəyi fikrini yaratmaq istəyir. Təbii ki, belə addımlar əhali tərəfindən müsbət qəbul edilir. Son zamanlar populist bəyanatlarını da nəzərə alsaq, deyə bilərəm ki, Trampın reytinqi bir xeyli artıb”.

Q.Hüseynli Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını azaltmaq planının Ermənistana təsirindən də danışıb:

“Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını azaltmaq planından ən çox Ermənistan zərər görəcək. ABŞ bir müddət Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı edirdi. Prezident İlham Əliyevin səyləri nəticəsində bu yardım dayandırıldı. Son zamanlar ABŞ-ın Ermənistan və Azərbaycana maliyyə yardımının nisbəti də ciddi mənada dəyişib. Ötən ilin statistikasına baxdıqda görə bilərik ki, ABŞ Ermənistana 10, Azərbaycana isə 100 milyon dollar maliyyə yardımı edib. Əlbəttə ki, son zamanlar Azərbaycanın regionda apardığı uğurlu xarici siyasət, geosiyasi enerji və nəqliyyat layihələrini ABŞ da təqdir edir. Mən inanıram ki, ABŞ Prezidenti Donald Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını azaltmaq planı ölkəmizə çox da təsir etməyəcək”.

Qeyd edək ki, “Röyter” ABŞ Prezidenti Donald Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını 21 faiz azaltmaq istəməsi haqda məlumat yayıb.

Tarix
2020.02.11 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla