Yuxarı

Onlarla seçki məntəqəsində olduq, gördük ki... - Kalaşnikov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən və yoldaşlarım dünən onlarla seçki məntəqəsində olduq. Biz gördük ki, seçkilər həm rəqabət şəraitində, həm şəffaf, həm də demokratik keçdi.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşündə MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

"Biz Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşdük. Dünən MDB-nin bəyanatı qəbul edildi. Böyük missiyadır, orada bir neçə ölkə, İcraiyyə Komitəsi, Parlamentlərarası Assambleya var. Zənnimizcə, hər şey ədalətli, şəffaf və demokratik keçdi. Mən çox gözəl anlayıram ki, bir çox digər beynəlxalq təşkilatlar var. Biz onlarla da görüşdük. Mən AŞPA-dan təzəcə qayıtmışam, orada Sizi tez-tez xatırlayırlar. Biz beynəlxalq parlament təşkilatlarında da işimizi davam etdirəcəyik. Yəqin ki, orada Sizin fəxr edəcəyiniz nəticə var. Bu gün səhər mən bir neçə beynəlxalq müşahidəçinin rəyini gördüm. Hamı obyektiv olaraq seçkilərin çox uğurlu keçdiyini deyir", - Kalaşnikov qeyd edib.

Tarix
2020.02.11 / 01:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla