Yuxarı

Lavrov Bülbüloğlu ilə görüşdü: Putinin tapşırığı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov Bülbüloğlu ilə görüşdü: Putinin tapşırığı...

Fevralın 11-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ilə MDB dövlətləri fövqəladə və səlahiyyətli səfirləri arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, görüş zamanı Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə onun adından “Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə” Fəxri Fərmanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təqdim edib və onun fəaliyyətini yüksək qiymətləndirib.

Bundan əlavə, tədbir çərçivəsində Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy MDB dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyəti adından Polad Bülbüloğlunu “Humanitar əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə” medalı ilə təltif edib.

Tədbirdə iştirak edən diplomatik missiyaların rəhbərləri də azərbaycanlı həmkarlarına səmimi təbriklərini çatdırıblar.

Tarix
2020.02.11 / 23:57
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla