Yuxarı

Xəzər konvensiyasının təsdiqi niyə gecikir? – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər konvensiyasının təsdiqi niyə gecikir? – Politoloq

Azərbaycan sovet dövründən bəri Xəzər dənizinin Azərbaycan sektorundakı üç mühüm neft yatağının - Azəri, Çıraq və Günəşli yataqlarını istismar edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenkonun Xəzərin hüquqi statusuna dair konvensiyanın ratifikasiyası barədə açıqlamasını şərh edərkən deyib.

Q.Hüseynli Xəzərin statusu məsələsində Azərbaycan və Rusiyanın fəallıq nümayiş etdirdiyini deyib:

“Memorandum da bu iki ölkənin səyləri nəticəsində ərsəyə gəlib. Bundan əvvəl də Xəzərin səthi və təkindən istifadə etmək barədə Azərbaycan, Rusiya və Qazaxıstan arasında üçlü müqavilə imzalamışdı. Bu müqavilənin mahiyyəti ondan ibarət idi ki, Xəzərin səth suları 12 millik iqtisadi zona istisna olmaqla üç ölkə arasında istifadə edilə bilər. Digər tərəfdən Xəzərin təkindən istifadə isə orta xətt prinsipi üzrə bölünərək, üç ölkənin sərəncamına verilir”.

Politoloq Xəzərin hüquqi statusunun tam həll olunmasındakı əngəllərdən danışıb:

“Xəzərin hüquqi statusunun tam həll olunmamasında ən önəmli faktor İran və Türkmənistandır. İranın mövqeyi çox absurd və qeyri-məqbuldur. İran təklif edir ki, Xəzər beş ölkə arasında bərabər şəkildə bölünsün. İranın təklif etdiyi bölgü prinsipi beynəlxalq hüquqi normalara uyğun deyil. Digər tərəfdən İran orta xətt prinsipini qəbul etmir. Halbuki beynəlxalq hüquq praktikasında daxili göl hesab edilən Xəzər tipli su hövzələrində ortaq bölgü prinsipi əsas götürülür. Belə olduqda, İrana Xəzərin 18 faizi düşür. Bu təklifi İran qəbul etmir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenkonun Xəzərin hüquqi statusuna dair konvensiyanın ratifikasiyası mövzusunda Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyada müvafiq daxili prosedurlar həyata keçirildiyini, İranın isə bu prosesdən kənarda qaldığını bildirib.

Tarix
2020.02.13 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla