Yuxarı

130-dan çox bələdiyyə sədri pozuntulara yol verib - Nazirlik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
130-dan çox bələdiyyə sədri pozuntulara yol verib - Nazirlik

Yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, həmçinin yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyilib.

Bildirilib ki, 2019-cu ildə 78.500-ə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 2.800-dək akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7.000 hektardan çox torpaq sahəsi geri qaytarılıb.

Eyni zamanda pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Tarix
2020.02.14 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla