Yuxarı

Əliyev hamının önündə Paşinyanı əzdi – Rusiyadan baxış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev hamının önündə Paşinyanı əzdi –

Azərbaycan və Ermənistan spikerlərinin tam fərqli düşüncə tərzi Qarabağ məsələsinin həlli yolunun qaranlıqdan çıxmasını qəlizləşdirir. Bir tərəfdən biz və bütün dünya Azərbaycan Prezidentinin məntiqli və dəqiq mövqeyini, o biri tərəfdən isə Ermənistan Baş nazirinin populist və cəfəng, heç bir intellekt çərçivələrinə sığmayan çıxışını gördük.

Axar.az xəbər verir ki, bu sözləri İlham Əliyev və Nikol Paşinyanın Münhendəki debatını şərh edən məşhur rusiyalı politoloq İqor Korotçenko deyib. Onun sözlərinə görə, Paşinyanın çıxışının adı demoqogiya və mövqesizlikdir.

“Nikol hər yerdə özünü piar etməklə məşğuldur. Amma o bilməlidir ki, bu, kənardan sezilir, xüsusən də belə mötəbər tədbirlərdə bu tip hərəkətlər gülünc görünür. O, dünya ictimayətinin gözünə toz üfürməyə çalışırdı”, - deyə Korotçenko qeyd edib.

O əlavə edib ki, İlham Əliyev Paşinyandan fərqli olaraq, özünü dünya mediası önündə əsl diplomat və orator kimi yenidən göstərə bildi:

“Burada qeyri-adi bir şey də yoxdur. Əliyev təhsilini Moskvanın ən nüfuzlu ali məktəblərindən birində - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda alıb. O, ingilis dilini səlis bilir. Nikol onunla danışanda özü də utanır. İlham Əliyev beynəlxalq diplomatiya, müasir tarix biliklərinə malik olduğunu, dəqiq və sistematik arqumentlərlə çıxış etməyi yüksək səviyyədə bacardığını sübut etdi. Təsadüfü deyil ki, onun çıxışına baxan azərbaycanlılar fəxr edir, ermənilər isə öz liderlərinə görə utanc hissi keçirdiklərini gizlətmirlər. Paşinyan öz karyerasını küçədə düzənləyib. Onun başı bu saat ancaq öz kreslosundan bərk-bərk yapışmaga, bu yolda qarşısına çıxanlara qarşı İrəvanda cinayət işi açmağa qarışıb. Ermənistanda ağalıq edən Nikol ölkədən kənara çıxan kimi başaşağı olur”.

“Əliyev bu dəfə də Paşinyanı əzə bildi və bunun şahidi milyonlar oldu. İlham Əliyev bu qalibiyyətlə Münhen konfransı iştirakçılarının rəğbətini qazandı”, - deyə rusiyalı ekspert qeyd edib.

Tarix
2020.02.16 / 22:19
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla