Yuxarı

Nulland Bakı ilə nəyi gizli müzakirə edib? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Əfqanıstandakı Amerika qoşunlarının təchizatında önəmli körpü rolunu oynayır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə ekspert Erkin Qədirli çıxış edib.

O, ABŞ-ın son hərbi kampaniyalarının yalnız İran üçün sərfəli olduğunu bildirib:

"ABŞ, qoşunlarının qalan hissəsini Əfqanıstandan çıxarmamaq qərarına gəlib. Bunun üçün Əfqanıstan rəhbərliyi ilə danışıqlara başlayıb. Bu, baş tutacağı halda təkcə ABŞ-a və Əfqanıstana deyil, həm də İranın, Türkmənistanın və Özbəkistanın maraqlarına uyğundur. İran onsuz da çeşidli diplomatik yollarla bunu ABŞ-dan çoxdan xahiş edir. Amerika qoşunları Əfqanıstandan çıxarsa, oradakı hökumət vəziyyətə nəzarət edə bilməyəcək və Taliban yenidən hakimiyyəti ələ alacaq. Taliban üçün İran qatı düşməndir. Talibanın yenidən hakimiyyətə gəlməsi, İran üçün əlavə təhlükəsizlik problemləri yaradacaq. Türkmənistan və Özbəkistan, eləcə də Orta Asiyanın başqa ölkələri üçün də təhlükələr artacaq. Ümumiyyətlə, ABŞ-ın son hərbi kampaniyaları və ondan doğan siyasi vəziyyətlərdən davamlı qazanan tək bir tərəf İrandır. ABŞ İraqı bombaladı, Səddam Hüseyni devirdi. Nəticədə İraqın yeni hökuməti İrana yaxın oldu, Nəcəf və Kərbəla üzərində İranın himayəsi gücləndi. ABŞ Əfqanıstanı bombaladı, Talibanı devirdi. Nəticədə İranın təhlükəsizlik qayğıları azaldı, çünki Taliban İranı hədələyirdi. Yəməndə şiələrin hakimiyyəti ələ almasının İranın xeyrinə olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Çünki Yəməndə şiələrin hakimiyyətə gəlməsi, xüsusilə Səudiyyə Ərəbistanını və Qətəri ABŞ-dan daha çox asılı vəziyyətə salacaq".

E.Qədirli zamanın hələ də Bakının xeyrinə işlədiyini bildirib:

"Baltik Dəniz - Qara Dəniz - Xəzər Dənizi hərbi təhlükəsizlik kəməri haqqında öncə yazmışdım. ABŞ Dövlət Departamentinin yüksək nümayəndəsi Nulandın Bakıya buna görə gəldiyi ehtimalını da demişdim. Nulandla birgə yüksək rütbəli hərbi rəsmilərin də gəlməsi bu ehtimalımı gücləndirir. İndi də Əfqanıstandan qoşun çıxarmamaqla bağlı danışıqlar xəbəri çıxdı. Güman ki, Nulandın Bakıdakı danışıqlarında da bu məsələ müzakirə olunub. Çünki Azərbaycan Əfqanıstandakı Amerika qoşunlarının təchizatında önəmli körpü rolunu oynayır. Uzaq və strateji hədəf kimi ABŞ-ın həm Rusiya, həm də Çinlə bağlı planları var. Biz öz içimizdə ciddi səhvlər buraxmasaq, müttəfiqlərimizi ağıllı seçə bilsək, bu planların içində Qarabağın qaytarılmasıyla bağlı üstünlüklər qazana bilərik. Zaman hələ də bizə işləyir. Zamanın nəbzini tuta bilsək, təbii ki".

Tarix
2015.02.23 / 13:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla