Yuxarı

Azərbaycan ilk avtomatını nümayiş etdirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ilk avtomatını nümayiş etdirdi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi şəhərində keçirilən İDEX-2015 sərgisi davam edir.

APA-nın məlumatına görə, sərginin ikinci günü Azərbaycan MSN tərəfindən bir sıra xarici ölkələrin şirkətləri ilə işgüzar görüşlər keçirilib. Əməkdaşlıq imkanları müzakirə olunub.

Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Sudan, BƏƏ, Pakistan, Cənubi Afrika, Ukrayna, Türkiyə və digər ölkələrdən olan müdafiə sənayesi müəssisələrinin stendlərini ziyarət edib.

Sərgidəki Azərbaycan MSN stendi də böyük marağa səbəb olub. Azərbaycan istehsalı olan "İstiqlal-T", "Mübariz", "Yalquzaq" və "Yırtıcı" adlı snayper tüfəngləri, HP-7.62 hücum pulemyotu, RPQ tipli əl qumbaraatanları üçün döyüş sursatları maraqla qarşılanıb.

Y. Camalov açıqlamasında bildirib ki, yaxın vaxtlarda MSN VOG-25 qumbaralarının və AQS-30 tipli avtomatik qumbaraatanların döyüş sursatlarının seriyalı istehsalına başlayacaq. Artıq müəssisədə inşaat və texnologiyaların quraşdırılması işləri tamamlanıb.

Qeyd edək ki, sərgidə Azərbaycan ilk dəfə olaraq EM-14 adlı 5.56x45 mm NATO standartlı patronlarla atəş açan avtomatını da sərgiləyib.

Tarix
2015.02.23 / 13:54
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla