Yuxarı

Azərbaycan SSRİ-dən necə çıxdı? – Nikolun axmaq sualı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan SSRİ-dən necə çıxdı? – Nikolun axmaq sualı...

"Azərbaycan müstəqil ölkə olaraq Sovet İttifaqının ərazi bütövlüyünə hörmət etmişdimi? Azərbaycan Sovet İttifaqını tərk etdiyi kimi, eyni yolla Dağlıq Qarabağ da Sovet İttifaqını tərk edib" tipli sualı əslində Ermənistan baş nazirinin öz kütbeyinliyini göstərir.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən debat zamanı ikincinin gülməli sualına cavab olaraq bildirib.

Q.Həsənquliyev qeyd edib ki, yalnız SSRİ və sovet respublikaları haqda təsəvvürü belə olmayan şəxs bu cür sual verə bilərdi:

“SSRİ-ni təşkili haqqında 30 dekabr 1922-ci tarixli "İttifaq Müqaviləsi"nin 26-cı maddəsinə görə, hər bir respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ var idi. Bu, SSRİ-nin sonuncu - 1977-ci il Konstitusiyasının 72-ci maddəsində də nəzərdə tutulmuşdu. Bu hüquq SSRİ-nin 1924 və 1936-cı il Konstitusiyalarında da mövcud idi. 1977-ci il Konstitusiyasının 76-cı maddəsində hər bir respublikanın suveren dövlət olması qeyd olunurdu. 80-ci maddədə isə qeyd olunurdu ki, hər bir respublika xarici ölkələrlə əlaqə qura, beynəlxalq təşkilatların üzvü ola bilər.

Təsadüfi deyil ki, Ukrayna və Belarus da BMT-nin üzvü idi. Amma nəinki muxtar vilayətlər, hətta muxtar respublikalar üçün belə bir hüquq nə SSRI, nə də Müttəfiq Respublikaların Konstitusiyalarında nəzərdə tutulmuşdu. Ona görə də Çeçenistan Respublikasının Rusiya Federasiyasından ayrılmaq cəhdi uğursuzluğa düçar oldu, ona baha başa gəldi”.

Q.Həsənquliyev bildirib ki, bu suala cavab məhdud vaxt daxilində müzakirənin istiqamətini dəyişə bilərdi və Nikol Paşinyanın özünü gülünc vəziyyətə salan bu tip kənaraçıxmalarına əhəmiyyət verilməməsi ən doğru qərar idi.

Tarix
2020.02.17 / 23:08
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla