Yuxarı

Brüsseldə azərbaycanlı qaçqınlardan danışıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula Von Der Leyenin dəvəti əsasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəbərlik etdiyi nümayəndə heyəti Brüsseldə keçirilən Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, konfransda Avropa İttifaqı Komissiyasının Prezidenti, Albaniya baş naziri və Avropa İttifaqı Şurasının Prezidenti açılış nitqi ilə çıxış edib, eləcə də bir çox dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətləri bəyanatlarını səsləndiriblər.

Konfransda çıxış edən E.Məmmədyarov qeyd edib ki, Albaniya Azərbaycanın çox mühüm tərəfdaşıdır və bunun ən bariz nümunəsi Xəzər dənizi bölgəsini, xüsusilə də Azərbaycanı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ilə əlaqələndirən və İtaliyada başa çatan strateji Cənubi Qaz Dəhlizinin təşviq edilməsi üçün Albaniya Baş naziri Edi Ramanın Bakıya çoxsaylı səfərləri və bu səfərlər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilmiş görüşləridir.

E.Məmmədyarov Albaniyada faciəvi zəlzələ baş verən zaman Azərbaycanın bu ölkəyə humanitar yardım göstərən ilk ölkələr sırasında olduğunu və ölkəmizin Albaniyaya yarım milyon avro məbləğində yardım göstərdiyini qeyd edib. O, Albaniya hökumətinə və xalqına daha yarım milyon avro məbləğində yardımın göstəriləcəyi vədini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Nazir Azərbaycanın müasir tarixində ehtiyacı olan xalqla həmrəy olmasının çox normal bir hal olduğunu bildirib və müstəqilliyinin bərpa edilməsinin ilk günlərindən etibarən xalqımızın üzləşdiyi qonşu dövlətin təcavüzkar siyasəti və hərbi münaqişə nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə çox əziyyət çəkdiyinə diqqəti cəlb edib.

Bu gün isə Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin iştirakçısı olduğu və ölkəmiz tərəfindən dünyanın 100-dən çox ölkəsinə humanitar və inkişafa yardım göstərildiyi E.Məmmədyarov tərəfindən qeyd olunub və bu yardımın gələcəkdə də davam etdiriləcəyindən əminlik ifadə edilib.

Qeyd edək ki, Azərbaycan keçmiş sovet məkanındakı ölkələr arasında Albaniyanı çətin vəziyyətində dəstəkləyən yeganə ölkə olub.

Tarix
2020.02.17 / 23:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla